۱۳۹۴ آبان ۲۸, پنجشنبه

تانینمامیش دنیا....لاتین

...تانینمامیش دنیا....شعریمی SVATS لاتین خطینه چئویریب...که حضرتلرینده ن تشکر ائدیره م....وافی
..
.
TANINMAMIŞ DÜNYA
Tanınmamış dünyadır
Ki orada
Dişi atlara
Onlar ki Tarla və mala sahibdilər
Erkək at seçərlər
Və inəkləri
Ləzzət daddırmadan
Allahın gözündən uzaq
İynə ilə hamilə edərlər
Və həyatda qalmaq üçün
Fəkət onlara doğum sancısı verirlər
Və insanlar
Kompüter səhifələrində
Ki bakteriya kimi
Özi çoxalar
Yoldaş taparlar
Ki bir-birlərinə təmas etmədən
Və hiss etmədən
Və ləzzəti dadmayacağlar
Və onların yanında
Həyatın dəmir yolunda
Həyatın qatarı
Neçə müsafirləri
Ki kişiləri və qadınları
Bir-birinə bənzər bəzənirlər
Məchul bir mənzilə aparır.
Xxxxxxxxxxxxx
Olur ki keçmişə geri gedək
Böyük nənənin kürsüsünün
Ayaqlarında
Leptap, kompüter,
Cib telefonu, tablet
Və...nin üstünə qoyub
Və böyük nənənin
Təkrarlı və dadlı hekayəsin eşidək
Və heç bir zaman bu rəngli qatara minməyək
Xxxxxxxxxxxxx
Ay insanlar ayılın
Bundan sonra dişi atlar
Sahiblərinin sözünə baxmayacağlar
Və inəklər uzaq yerlərdə
Sevdiyi buğalara səslənəcəklər
Və rəngli qatar ...
Ay insanlar… hey hey
Yenin aşağı
Rəngli qatar xarab oldu
Şair ALİ VAFİ
12-11-2015

هیچ نظری موجود نیست:

ارسال یک نظر