۱۳۹۶ آذر ۵, یکشنبه

Zalzale

https://www.facebook.com/ali.vafi.9/posts/699558003588326
....
.

Yusef Asadi.çevirdi..
...
. Azərbaycan türk dilində: Zəlzələ ...
Yıxdı mənim ev odamı zəlzələ
Kəlləmə ağnatdı damı zəlzələ
Həm atamın boynunu sındırdı sərt
Həm çolaq etdi anamı zəlzələ
Sağ-sola baxdım çoxunu öldürüb
Aldı şəhərdən yaşamı zəlzələ
Min kərə yoxsullara zor göstərir
Hətta qırır sonki camı zəlzələ
Öldü qırıldı fäqəra bir seri
Viran edib dam bacamı zəlzələ
Sonki gələn zəlzələdə mütləqa
Öldürəcəkdir balamı zəlzələ
Heyrətə qaldım niə öldümüri
Pullunu/Varlı adamı zəlzələ
Varlıların evləri heç titərəməz
Damcıla yanmaz hamamı zəlzələ
Mən gərək allaha şikayət edəm
İndi ki qanmır duamı zəlzələ
Ayəti kürsü oxuram qanmayır
Amac edibdir binamı zəlzələ
Və-in-yəkad-ı saldı duvardan yerə
Küfrə çəkir ev odamı zəlzələ
Min kərə vəhşət namazın qılmışam
Amma olubdur sunami zəlzələ
And verirdim onu peyğəmbərə
Qanmadı guya kəlamı zəlzələ
Olmaya peyğəmbəri inkar edir
Ya ki inanmır imamı zəlzələ
Hər qədər ancaq ona mən yalvaram
Titrədəcəkədir payamı zəlzələ
Hər yeri viran eyləyir bisəbəb
Duzlayır ancaq yaramı zəlzələ
ğoğa salıb (sərpol-a)/(kirmanşah-a)
Pozdu məqamü-məqamı zəlzələ
(Məskən-i mehrə) tazaca əl atıb
Ta qıra yoxsul xalamı zəlzələ
başdan-ayağa yaralandım bugün
Qoymadı salim haramı zəlzələ
Pantolonum patladı çox zordayam
Ərsəyə tökdi həyamı(...) zəlzələ
....
Kaş bu viranlıq bu ölümdən sonra
Ağla gətirsin adamı zəlzələ
Sən (pey)-i möhkəm salasan evlərə
viran edənməz duamı zəlzələ
Ağla gəlin evləri möhkəm yapın
Ta eşidə bu pəyamı zəlzələ
Heç yapa (...)bilməz daha bundan sonra
Gəmli görənməz sonramı zəlzələ
18/11/2017
Əlırza Purbozorg Vafi
Türkiye


هیچ نظری موجود نیست:

ارسال یک نظر